Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video

 Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video

Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib.

Asayis.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, bu dəfə “Lukoyl-Permnefteorqsintez” müəssisəsi vurulub.

Məlumata görə, bu, Rusiyanın ən iri neft emalı zavodlarından biridir və “Lukoyl” sistemində əsas həlqələrdən hesab olunur.

Xatırladaq ki, dünən Perm yaxınlığında neft nasos stansiyasına hücum edilib.

14:20 - 30 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin