Bu maşınlar İçərişəhərə buraxılmayacaq

 Bu maşınlar İçərişəhərə buraxılmayacaq

Sabahdan etibarən qeyri-rezident avtomobillərin İçərişəhərə girişi və çıxışı müvəqqəti olaraq dayandırılacaq.

Asayis.az xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakıda keçiriləcək Beynəlxalq Xalça Festivalı ilə əlaqədar olaraq İçərişəhər ərazisində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.

Məhdudiyyət mayın 3-ə qədər davam edəcək.

17:04 - 30 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin