Bəzən mallar gömrükdə uzun müddət sahibsiz qalır, onun saxlanması üçün xərclər artır.
Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.
O bildirib ki, bəzən anbarlardakı mallar illər boyu sahibsiz qalır:
"Onu gətirən adam bəzən həmin məhsula nə marağı olur, nə də özününkü hesab edir. Həmin maldan imtina edir. Bunun isə hüquqi proseduru olmur. Beləliklə mallar 5-6 il sahibsiz qalır, köhnəlir, xarab olur. Nəticədə gömrük orqanlarının resursları sərf olunur, xərcləri çoxalır. Ona görə də 180 gündən sonra məhkəməyə müraciət olunur və malın aqibəti müəyyənləşir. Hansı formada qərar qəbul ediləcəksə, ona uyğun addımlar atılacaq".
Xatırladaq ki, layihəyə görə, gömrük sərhədini keçdiyi gündən altı ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.
