Bakıda "quşlar" oğurlandı

 Bakıda

Bakıda zoomağazadan 8 tutuquşu, yem, qəfəs, kassa aparatı və pos-terminal oğurlanıb.

Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsəbə ərazisindən “Zil” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər saxlanılıb.

Araşdırmalarla onların M.Ə.Rəsulzadə qəsəbəsindəki zoomağazaların birindən 1000 manat dəyərində 8 ədəd tutuquşu, yem, qəfəs, kassa aparatı və posterminal oğurlamaları da müəyyən olunub.

18:00 - 19 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin