AAYDA-dan işdən çıxarılan rəis bu məmurun oğlu imiş - Foto

 AAYDA-dan işdən çıxarılan rəis bu məmurun oğlu imiş - Foto

Xəbər verdiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən Avtomobil Yollarının Mühafizəsi Xidmətində bir sıra vəzifəli şəxslər işdən çıxarılıb. İddia olunur ki, həmin şəxslər qurumda aparılan yoxlama zamanı aşkarlanan pozuntulara görə vəzifədən azad olunublar.

Asayis.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, vəzifəsini itirənlər arasında Bakı və Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi Coşqun Qarayev də var.

Məlumata görə, o, Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin direktoru Əlövsət Qarayevin oğludur. 70 yaşlı məmur uzun illərdir ki, bu quruma rəhbərlik edir.

16:10 - 28 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin