Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...

 Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...

Azərbaycan Dəmir Yolları QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 2 və 3 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Qurumdan Asayis.az-a verilən məlumata görə, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Səfərlər Bakı-Ağstafa istiqaməti üzrə mayın 2-i saat 09:15-də, Ağstafa-Bakı istiqaməti üzrə isə mayın 3-ü saat 15:00-da yola düşəcək.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

13:42 - 28 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin