Onların ölkədən çıxışı məhdudlaşdırılacaq

 Onların ölkədən çıxışı məhdudlaşdırılacaq

Gömrük borcunu ödəmədən ölkədən çıxış məhdudlaşdırılacaq.

Asayis.az xəbər verir ki, bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, xarici ticarət iştirakçısı gömrük borcunu ödəmək öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə xarici ticarət iştirakçısının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcək.

19:02 - 28 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin