"Bir də gördünüz elə bir eşqə rast gəldim ki...." - Aparıcı

"Sürprizlərlə doluyam, müsbət enerjiliyəm. Mən müsahibə vermək istəmirdim. Bundan sonra da istədiyiniz mövzularda danışmayacam. Keçmiş keçmişdə qalıb, gələcəyə baxmaq lazımdır. Hər şey ola bilər. Bir də gördünüz elə bir eşqə rast gəldim ki, o, mənim həyatımı 180 dərəcə yox, tamamilə dəyişdi".
Asayis.Az xəbər verir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov "MTV maqazin" verilişinə müsahibəsində deyib. 

Aktrisa Oksana Rəsulova ilə yollarını ayıran aparıcı yenidən ailə quracağını açıqlayıb:

"Həyatımda hər şey ola bilər. Bir də gördünüz elə bir eşqə rast gəldim ki, həyatımı 180 dərəcə dəyişdi. Hər kəs həyatda öz yarını axtarır. Hər kəsə onu tapmaq nəsib olsun ki, güclü lider olsun. Allahın bir sınağı, hədiyyəsi kimi baxmaq lazımdır. Allah insanı sevdiyi üçün ona bu hadisələri verir".
Əbilov oğlu Osmanla bağlı suala isə "Övladımız hər ikimizin yanındadır. Hər şey yaxşıdır. Hər kəsin - sevdiklərimin, həyatımda olan və olmayanların xoşbəxt olmasını istəyirəm" sözlərini dilə gətirib.

11:55 - 19 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin