Qəbələdə ailə faciəsi - 12 yaşlı qız dəm qazından öldü

 Qəbələdə ailə faciəsi - 12 yaşlı qız dəm qazından öldü

Qəbələdə 12 yaşlı qız dəm qazından boğularaq ölüb.

Asayis.Az APA-ya istinadla xəbər verir ki, Zarağan kəndində yaşayan, 2010-cu il təvəllüdlü Aylin Rüstəmova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

12 yaşlı qız xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

11:33 - 19 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin