Kürün bu hissəsində su artımı stabilləşdi

 Kürün bu hissəsində su artımı stabilləşdi

Kür çayının İmişlidən keçən hissəsində su artımı stabilləşib.

Asayis.az xəbər verir ki, bu barədə Report-a İmişli rayonunun Məmmədli kənd bələdiyyəsinin sədri Rəfael Əyyubov məlumat verib.

Onun sözlərinə görə, bu gün Kür çayının rayonun Ağamalılar, Məmmədli, Əlyetməzli və Telişli kəndlərindən keçən hissəsində su artımı stabilləşib.

"Çayda suyun səviyyəsi nə azalıb, nə də artıb. Mühafizə bəndləri olduğundan evlər üçün heç bir təhlükə yoxdur", - bələdiyyə sədri bildirib.

Qeyd edək ki, indiyə qədər Kür çayında su səviyyəsinin artması nəticəsində İmişli rayonunda 400 hektardan çox əkin sahəsi su altında qalıb. Belə ki, rayonun Ağamalılar kəndində 40, Telişli kəndində 35, Əlyetməzli kəndində 225 , Məmmədli kəndində isə 16,62 hektar əkin sahəsi suların təsirinə məruz qalıb.

20:48 - 26 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin