Buraxılış imtahanından qayıdan şagirdləri aparan mikroavtobus qəzaya düşüb.
Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Cəlilabad rayonunun Zopun kəndində baş verib.
Belə ki, buraxılış imtahanından qayıdan 9-cu sinif şagirdlərini daşıyan mikroavtobus digər avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alan şagirdlərin sayı dəqiqləşdirilir. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
