Axtarışda olan 153 nəfər saxlanıldı

 Axtarışda olan 153 nəfər saxlanıldı

Polis əməkdaşlarının aprelin 24-də keçirdikləri əməliyyat tədbirləri ilə axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

18:26 - 25 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin