Ağdaş rayonu, Məhəmməd Füzuli küçəsində küçə işıqlandırma sistemləri nasaz vəziyyətdədir.
Bu barədə Asayis.az-a rayon sakinlərindən məlumat verilib.
Onların sözlərinə görə, sözügedən ərazidə işıq dirəklərinin bir qismində lampalar ümumiyyətlə yanmır, bu isə axşam saatlarında hərəkəti çətinləşdirir və təhlükəsizliklə bağlı narahatlıq yaradır.
Məsələ ilə bağlı Ağdaş Rayon İcra Hakimiyyətinə sorğu göndərilib.
