Bakıda 9 mənzili soydu, həbs olundu - Video

 Bakıda 9 mənzili soydu, həbs olundu - Video

Xəzər rayonu Binə qəsəbəsində yerləşən 9 mənzildən müxtəlif vaxtlarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Asayis.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə təqsirli bilinən 46 yaşlı Məzahir Əliyev müəyyən olunaraq saxlanılıb.

Həmin şəxsdən oğurladığı əşyaların bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

17:44 - 24 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin