Məşhur aktrisa reklam çəkilişindən - 9 milyon əldə edəcək

 Məşhur aktrisa reklam çəkilişindən - 9 milyon əldə edəcək

Türkiyəli məşhur aktrisa Yağmur Tanrısevsin bahalı markalardan biri "Versace"nin yeni siması olub. 

Asayis.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, aktrisa yaxın zamanlarda reklam çəkilişləri üçün kamera qarşısına çıxacaq.

Bununla da Tanrısevsin mərkəzi İtalyanın Milan şəhərində yerləşən dünyaca məşhur marka "Versace"nin Türkiyədəki ilk təmsilçisi adını qazanıb. 

Sözügedən brendlə razılaşmaya əsasən, Yağmur reklamdan sərvət dəyərində bir məbləğ, yəni 9 milyon 600 min lirə (təxminən 878 400 AZN) qazanacaq. 

Xatırladaq ki, aktrisa sonuncu dəfə "Kalp Yarası" adlı serialda rol alıb.

14:58 - 18 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin