"Yayılan məlumatı qəti surətdə təkzib edirik" - Müdafiə Nazirliyi

Noyabrın 17-si saat 11:00-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyindən bildirilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.

20:48 - 17 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin