Vilayət Eyvazov moldovalı naziri qəbul edib

 Vilayət Eyvazov moldovalı naziri qəbul edib

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Moldovanın Daxili İşlər Nazirliyinin Baş katibi Sergey Diyakonunu qəbul edib.

Asayis.Az xəbər verir ki, nazir Moldova ilə Azərbaycan arasında əlaqələrin və qarşılıqlı münasibətlərin getdikcə daha da dərinləşdiyini məmnunluqla vurğulayıb. Nazir bildirib ki, kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ilk növbədə vətəndaşlarımızın, həmçinin də əcnəbilərin respublikamızda təhlükəsiz, əminamanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələri üçün əlverişli mühit formalaşıb. V.Eyvazov qeyd edib ki, Azərbaycan DİN Moldova DİN-lə münasibətlərin inkişaf etdirilməsinə böyük önəm verir.

Sergey Diyakonu azərbaycanlı həmkarlarının cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə etdikləri müsbət təcrübənin öyrənilməsində maraqlı olduqlarını bildirib. Görüşdə narkotiklərin qanunsuz dövriyəsi, transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi müzakirə edilib.

15:47 - 17 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin