"Müharibə veteranlarının övladları qismən təhsil haqlarından azad edilməlidir" - Deputat

“Azərbaycanda şəhid ailələrinin övladları təhsil haqlarından azad olunublar. Yaxşı olar ki, bir sıra güzəştlər müharibə veteranlarının övladlarına da şamil edilsin”.

Asayis.Az"oxu.az"-a istinadən xəbər verir ki, Milli Məclisin iclasında deputat Aqiyə Naxçıvanlı belə təkliflə çıxış edib.

“Müharibə veteranlarının övladları tam olmasa da, müəyyən qədər təhsil haqlarından azad edilməlidir”, - deyə Aqiyə Naxçıvanlı bildirib.

Millət vəkili onu da təklif edib ki, müharibə veteranlarına güzəştli ipotekalarla mənzil almaq hüququ verilməlidir.

15:01 - 17 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin