Xırdalandakı partlayışda xəsarət alanların son durumu AÇIQLANDI

 Xırdalandakı partlayışda xəsarət alanların son durumu AÇIQLANDI

 

Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən partlayışda xəsarət alan şəxslərin müalicələrinə Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində davam edilir.

Asayis.az xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.
 

Qeyd olunub ki, hazırda cinsi qadın olan - 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan - 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan - 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir.

 

10:50 - 17 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin