Bakıda İran səfirliyinin maşını qəzaya düşdü

 Bakıda İran səfirliyinin maşını qəzaya düşdü

Bakıda İran səfirliyinin avtomobili qəzaya düşüb.

Hadisə Yasamal rayonu, Nazim Hikmət küçəsi: 32 ünvanında baş verib. Səfirliyə məxsus olan və Murad Həsənzadənin idarə etdiyi 003D005 dövlət qeydiyyat nişanlı “Toyota” markalı xidməti avtomobillə Kəlbəcər sakini Nurlan Hüseynovun sürdüyü “Runna” markalı digər maşın toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsinə qismən ziyan dəyib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

13:27 - 29 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin