"Cəbhəçi - Qumçu" ittifaqının xaricdə yaşayan ünsürləri, itləri saxta foto yayaraq, əməliyyat olunduğumu "xəbər" veriblər. Öz aralarında da çoxsaylı paylaşım edərək, bunu tirajlamaqdadırlar.
Asayis.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu qeyd edib.
"Uzun müddət idi başları özlərinə qarışmışdı; görünür, yenidən ideoloji təxribatlara komanda verənlər var...
Bu saxta foto və məlumata inanan, narahat olan, yazan dostlar, qohumlar tanışlar da var.
Bildirirəm ki, heç bir əməliyyat keçirməmişəm, sağlamam, bu saxta və axmaq məlumatı yayan, onlara dəstək olan ünsürlər barədə də bütün platformalarda şikayət etmişəm", - o qeyd edib.
R.Arifoğlu statusunu dünən axşam saatlarında lentə alınan foto ilə yekunlaşdırıb.
Qeyd edək ki, sosial şəbəkədə R.Arifoğlunun çənə əməliyyatı keçirdiyi ilə bağlı məlumatlar yayılıb.
