Abşeronda içməli su təminatı bərpa olunur

 Abşeronda içməli su təminatı bərpa olunur

Abşeron rayonunun ərazilərində içməli su təminatı bərpa olunmaqdadır.

Asayis.az xəbər verir ki, aylıq normadan 6 dəfədən çox yağan bir neçə günlük intensiv yağışlar səbəbindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən irihəcmli nasos stansiyasının iş prinsipində problem yaranmışdı. ADSEA-nın və digər dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində hazırda nasos stansiyanın bərpası istiqamətində işlər davam etdirilir. Nasosların bir neçəsi artıq işlək vəziyyətə gətirilib.

Hazırda rayonun bütün ərazilərinə içməli su verilir. Stansiyanın fəaliyyəti tam bərpa olunduqdan sonra su təminatında əvvəlki qrafik rejimin tətbiqi təmin olunacaq.

18:16 - 1 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin