Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü

 Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü

Şəmkir rayonunda ana və oğul yanıq xəsarəti alıb.

Asayis.az xəbər verir ki, martın 27-də 1995-ci il təvəllüdlü Anar Budaqov və anası 1976-cı il təvəllüdlü Sevda Budaqova yaşadıqları Morul kəndindəki evdən termiki yanıq xəsarəti alıblar.

Onlar xəstəxanaya yerləşdirilib. S.Budaqova martın 31-də orada ölüb.

A.Budaqovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Araşdırmalar aparılır.

17:48 - 1 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin