Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

 Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Yağışlı hava şəraiti ilə əlaqədar Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qeyd edək ki, sözügedən yolda sürət həddi martın 25-də endirilmişdi.

12:28 - 29 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin