Bakıda 64 yaşlı kişi cibgirlik etdi – Anbaan video

 Bakıda 64 yaşlı kişi cibgirlik etdi – Anbaan video

Bakıda polis cibgirlik əməllərində şübhəli bilinən 64 yaşlı əvvəllər məhkum olunmuş Taləddin Əhmədovu saxlayıb.

Asayis.az xəbər verir ki, onun Nizami və Sabunçu rayonlarında iki nəfərin çantasından ümmumilikdə 1717 manat, bank kartları və sənədlər olan pul kisəsini əl keçirdiyi məlum olub.

Həmin şəxsin törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

14:58 - 1 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin