Bakı-Qazax yolunda avtobus aşıb, 8 nəfər xəsarət alıb, 2-in vəziyyəti ağırdır

 Bakı-Qazax yolunda avtobus aşıb, 8 nəfər xəsarət alıb, 2-in vəziyyəti ağırdır

Qaradağ rayonunda, Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Bakı-Ələt yolunda baş verən qəza nəticəsində xəsarət alan 8 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib və müvafiq şöbələrinə yerləşdirilib.

Qeyd olunub ki, xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-in vəziyyəti isə ağır olaraq qiymətləndirilir: "Yaralılarla bağlı əlavə məlumatlar veriləcək".

 

16:56 - 29 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin