Bu mənzillərə tələbat artıb: Səbəbi... - Video

 Bu mənzillərə tələbat artıb: Səbəbi... - Video

Mənzillərin bahalaşması fonunda alıcıların diqqəti daha çox azkvadratlı evlərə yönəlib.

Asayis.az Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspertlərin sözlərinə görə, bu tip mənzillər, xüsusilə, investisiya məqsədilə alınır. Yəni belə evləri şəxsi istifadə üçün alanların sayı azdır.

Ekspert bildirir ki, azkvadratlı mənzillərə tələbatın artmasının səbəblərindən biri də istismar müddətini başa vuran binaların sürətlə sökülməsidir. Belə ki, bəzi sakinlər mərkəzi ərazilərdən uzaqlaşmaq istəmirlər.

Mütəxəssis əlavə edib ki, qiymət artımı davam edərsə, yaxın dövrdə kiçik sahəli mənzillərə maraq daha da yüksələcək.

01:34 - 27 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin