26 yaşlı oğlan 16 yaşlı nişanlısının başını kəsdi

 26 yaşlı oğlan 16 yaşlı nişanlısının başını kəsdi

Azərbaycanda 26 yaşlı oğlan 16 yaşlı nişanlısını öldürüb.

Bu barədə Abşeron Rayon Prokurorluğundan məlumat verilib.


Bildirilib ki, oktyabrın 20-si Abşeron rayonu ərazisində 2006-cı il təvəllüdlü A.N. (ad, soyadı şərtidir) öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılan araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N. qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

14:30 - 20 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin