16 yaşlı oğlanlar tərəfindən maşınında öldürülən Çərkəz idmançı imiş

 16 yaşlı oğlanlar tərəfindən maşınında öldürülən Çərkəz idmançı imiş

Oktyabrın 9-da axşam saatlarında Hövsan qəsəbəsində 2006-cı il təvəllüdlü 2 yeniyetmə tərəfindən amansızlıqla öldürülən 28 yaşlı Çərkəz Əfrayıl oğlu Ələsgərov idmançı olub.

Dostları onun uzun müddət idmanla məşğul olduğunu qeyd ediblər.

İşdən sonra taksi fəaliyyəti göstərən Çərkəz Ələsgərovun idarə etdiyi avtomobilə hadisə baş verən gün 2 yeniyetmə əyləşərək Hövsana getmək istədiklərini bildiriblər. Hövsandakı Bağça küçəsi adlanan əraziyə çatdıqda həmin şəxslər bıçaqla sürücüyə hücum edərək onun boğaz nahiyəsinə ağır xəsarət yetiriblər. Ç.Ələsgərova 40-a yaxın bıçaq xəsarəti yetirərək onu öldürən şəxslər daha sonra maşınını götürərək qaçıblar. Hadisədən qısa vaxt sonra qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb və yeniyetmələr tutularaq istintaqa cəlb edilib.


22:28 - 13 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin