Yevlaxda qardaş qardaşını öldürdü

 Yevlaxda qardaş qardaşını öldürdü

Yevlax sakini qardaşını qətlə yetirib.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Belə ki, oktyabrın 12-si saat 20 radələrində Yevlax rayonu ərazisində 1973-cü il təvəllüdlü Vüqar Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1971-ci il təvəllüdlü Elşad Əsədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Vüqar Əsədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elşad Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

09:23 - 13 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin