Özbəkistanlı ekstrasens Azərbaycandan çıxarıldı

 Özbəkistanlı ekstrasens Azərbaycandan çıxarıldı

Ötən gün Bakıda polis tərəfindən saxlanılan özbəkistanlı ekstrasens İqbol Soliyev sərbəst buraxılıb.

Asayis.az Lent.az-a istinadla xəbər verir ki, polis idarəsində İqbol Soliyev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.

Onun ölkədən çıxarılması təmin olunub.

Qeyd edək ki, ötən gün İqbol Soliyevin polis əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılmışdı.

22:54 - 12 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin