Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi

 Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən Asayis.az-a verilən məlumata görə, 18 mart tarixində hər iki istiqamətə səfərlər təşkil ediləcək.

Sözügedən reyslərə sərnişinlər biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilər.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

10:48 - 12 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin