Hərbi maşın Zəfər Yolunda qəzaya uğradı

 Hərbi maşın Zəfər Yolunda qəzaya uğradı

Xocalıda hərbi maşın qəzaya uğrayıb.

Hadisə rayonun Çanaqçı kəndində, Zəfər Yolunun 176-cı kilometrliyində baş verib.

"Mercedes" markalı minik avtomobil yolun kənarında dayanmış MAZ markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı ölən və yaralanan olmayıb. "Mercedes"in sürücüsünün ərazidə aparılan təmir-tikinti işlərində çalışan şəxslərdən biri olduğu bildirilir.

Hadisəni DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov təsdiqləyib. 

Faktla bağlı araşdırma aparılır.

21:32 - 7 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin