Abşeronda kişi iş yoldaşını bıçaqlayıb

 Abşeronda kişi iş yoldaşını bıçaqlayıb

Abşeron rayonunda kişi iş yoldaşını bıçaqlayıb.

Məlumata görə, hadisə oktyabrın 3-də rayonun Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.

Belə ki, Cəfərov Samir Məmməd oğlu ilə iş yoldaşı Həsənov Ruslan Əlisultan oğlu aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə S.Cəfərov üzərində olan bıçaqla R.Həsənovu vuraraq ona xəsarət yetirib.

Faktla bağlı Cinayət Məclləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

10:30 - 7 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin