FHN bu günədək azad edilən ərazilərdə 120 ha ərazini minadan təmizləyib

 FHN bu günədək azad edilən ərazilərdə 120 ha ərazini minadan təmizləyib

"Bu günədək azad edilən ərazilərdə 120 ha ərazi minadan təmizlənib".

Bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Vətən müharibəsi zamanı öz vəzifələtini layiqincə həyata keçiriblər: "Azad olunan ərazilərdə dayaq məntəqələri, yanğınsöndürmə xidməti xüsusi riskli vəziyyətlərə qarşı 24 saat fəaliyyət göstərir. Eyni zamanda FHN əməkdaşları ərazilərin minalardan təmizlənməsində xidmət göstərirlər. Bu günədək 120 ha ərazi minadan təmizlənib. Minatəmizləmə işləri üçün 4 robot alınıb və daha çox ərazilər təmizlənəcək".

 

21:29 - 7 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin