TIR-a çırpılan minik maşını ikiyə bölündü, Siyəzəndə ağır qəza

 TIR-a çırpılan minik maşını ikiyə bölündü, Siyəzəndə ağır qəza

Siyəzəndə yük maşınına çarpılan avtomobil iki yerə bölünüb.

Hadisə Bakı-Quba yolunun rayonun Gilgilçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2109” markalı avtomobil “DAF” markalı yük maşınına çarpılıb. Qəza zamanı minik avtomobili iki hissəyə bölünüb. Minik maşınının sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


11:01 - 6 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin