Sabah ASAN Xidmət işləməyəcək

 Sabah ASAN Xidmət işləməyəcək

8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Asayis.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

12:46 - 7 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin