Qızdırıcı partladı, üzərinə qaynar su dağıldı, öldü

 Qızdırıcı partladı, üzərinə qaynar su dağıldı, öldü

Ağdaş sakinin üzərinə qaynar su dağılıb.

Asayis.az xəbər verir ki, hadisə dünən baş verib.

Belə ki, Ağdaş şəhər sakini 78 yaşlı Zakir Rəsulovun yaşadığı evin hamam otağında su qızdırıcı partlayıb.

Üzərinə qaynar su dağılan şəxs xəstəxanaya çatdırılsa da, tibbi müdaxilələrə baxmayaraq ölüb.

11:24 - 10 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin