Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi

 Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi

8 Mart - Qadınlar Günü münasibətilə Azərbaycanda bir sıra Universitetlərdə xanım əməkdaşlara pul mükafatları verilib.

Asayis.az Yeni Sabah-a istinadən xəbər verir ki, bununla bağlı Universitetlərin rektorları əmr imzalayıb.

Aşağıdakı Universitetlərin xanım əməkdaşları mükafatlandırılıb:

- Bakı Ali Neft Məktəbi - 300 AZN

- İqtisad Universiteti (UNEC) - 150 AZN

- Azərbaycan Texniki Universiteti - 150 AZN

- Mingəçevir Dövlət Universiteti - 150 AZN

- Naxçıvan Dövlət Universiteti - 100 AZN

- Bakı Slavyan Universiteti - 100 AZN

- ADPU Şəki filialı - 100 AZN.

23:54 - 7 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin