İşə gecikdiyini anladı, zavoda paraşütlə endi

 İşə gecikdiyini anladı, zavoda paraşütlə endi

Türkiyə maraqlı hadisə qeydə alınıb. 

Uludağda yamac paraşütü ilə uçuş edən Adəm Kəskin işə gecikəcəyini anlayıb və paraşütü ilə işlədiyi fabrikin bağçasına enib.

Bursa şəhərində mebel fabrikində fəhlə işləyən Adəm Kəskin tətildən qayıdarkən işə gecikəcəyini anlayınca paraşütlə iş yerinin bağçasına enib.

Bu vaxt fasilədə olan həmkarları fabrikin üzərində paraşütlə uçanın Adəm Kəskin olduğunu anlayıb və onu videoya çəkiblər.
 

Adəm Kəskin uçuş haqda bunları deyib:

"Səhər tezdən yamac paraşütü ilə məşğul olmaq üçün dostlarımla Uludağa getdik. Fabrikimizdə iş səhər saat 8:30-da başladığına görə gecikməmək üçün səhər tezdən çıxmışdıq, amma yenə də 5-10 dəqiqə gecikəcəkdim. Buna görə də birbaşa fabrikə enmək istədim. Elə birbaşa bağçaya eniş etdim”.

20:11 - 3 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin