Azərbaycanın beynəlxalq hava limanlarında tranzit zonaları yaradılır

 Azərbaycanın beynəlxalq hava limanlarında tranzit zonaları yaradılır

Azərbaycanın beynəlxalq hava limanlarında üçüncü ölkəyə gedənlər üçün tranzit zonalarının yaradılması nəzərdə tutulur.

Asayis.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair" Qaydalarda öz əksini tapıb.

Sənədə əsasən, hava limanından üçüncü ölkəyə gedən hava gəmisinin heyət üzvlərinin, sərnişinlərinin və onların baqajlarının sərhəd nəzarəti prosedurlarını keçmədən və 24 saatdan artıq olmayan müddət üçün viza tələb olunmadan aeroportda qala bilmələri üçün tranzit zonaları yaradılacaq.

Bundan başqa, Miqrasiya Məcəlləsinə uyğun olaraq, əcnəbi və ya xarici ölkədə daimi yaşayan vətəndaşlığı olmayan sərnişinlər təyyarə dəyişmədən ölkənin ərazisindən tranzitlə uçduqda, hava limanının tranzit zonasında sərhəd nəzarəti prosedurlarını keçmədən təyyarə dəyişməklə təyinat ölkəsinə getdikdə, Azərbaycanın dövlət sərhədini keçməyə imkan verən digər vizalar verilmiş və ya Azərbaycan ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətin vətəndaşları olduqda, tranzit keçid üçün tranzit vizası tələb edilməyəcək.

16:36 - 4 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin