Serbiya səfiri Azərbaycana təşəkkür etdi

 Serbiya səfiri Azərbaycana təşəkkür etdi

Serbiyanın İrandakı səfiri Damir Kovaçeviç diplomatik nümayəndəliyin əməkdaşlarının bu ölkədən təxliyəsinə görə Azərbaycana təşəkkür edib.

Asayis.az-ın Report-a istinadən məlumatına görə, səfir bu barədə "Astara" dövlət sərhəd buraxılış məntəqəsində jurnalistlərə açıqlamasında danışıb.

"Biz qardaş Azərbaycana, həqiqətən, minnətdarıq. Bütün Azərbaycan rəsmilərinə təşəkkür edirəm. Bizi burada çox mehriban qarşıladılar. Ölkələrimiz qardaş ölkələrdir, bizim çox geniş əlaqələrimiz var və buna bu gün bir daha şahid olduq", - səfir bildirib.

Xatırladaq ki, Serbiyanın İrandakı səfirliyinin beş diplomatı Azərbaycan vasitəsilə bu ölkədən təxliyə edilib.

01:46 - 3 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin