Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Asayis.az xəbər verir ki, 1961-ci il təvəllüdlü Nəriman Nəcəf oğlu Hacıyev idarə etdiyi VAZ-21150 markalı avtomobillə Gəncə şəhəri, Natavan-2 qəsəbəsində hərəkətdə olarkən avtomobilin sağ arxa təkərinin dəmir yolu xəttinə dəyməsi nəticəsində idarəetməni itirərək qəza törədib.
Nəticədə sürücü ölüb.
Fakt üzrə cinayət işi başlanılmaqla istintaq aparılır.
