ADY Qadınlar Günü ilə bağlı sərnişinlərə müraciət etdi

 ADY Qadınlar Günü ilə bağlı sərnişinlərə müraciət etdi

Azərbaycan Dəmir Yolları QSC (ADY) Beynəlxalq Qadınlar Gününü ilə bağlı sərnişinlərə müraciət edib.

ADY-dən Asayis.az-a verilən məlumata görə, 8 Mart - Beynəlxalq Qadınlar Gününün bazar gününə düşməsi ilə əlaqədar 9 mart bazar ertəsi qeyri-iş günü kimi təsdiqlənib.

"Bu səbəbdən 7, 8 və 9 mart tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcəklər", - məlumatda qeyd olunur.

16:54 - 4 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin