Bakıdakı feminist fəallar İrandakı etirazlara dəstək nümayiş etdiriblər. Fəallar simvolik olaraq Əli Xamaneyinin "əmmaməsini yandırıblar".
Etirazçılar "Qadınlardan əlini çək", "Rədd olsun əxlaq gözətçiləri" sözləri yazılmış köynəklər geyiniblər.
İranda bir neçə gündür ki, etiraz aksiyaları keçirilir. 22-yaşlı gənc Məhsa Amininin ölümü kütləvi etirazlara səbəb olub.