İşinin darıxdırıcı olduğunu söyləyən adam 46 000 $ təzminat aldı

 İşinin darıxdırıcı olduğunu söyləyən adam 46 000 $ təzminat aldı

Fransanın paytaxtı Parisdə yaşayan və brend bir parfümeriya şirkətində işləyən Frederik Desnard 7 ay xəstəlik məzuniyyətində qaldıqdan sonra 2014- cü ildə işdən çıxarılıb.

İş yeri ilə qanuni mübarizəyə başlayan Desnard müraciət etdiyi əmək məhkəməsindən təzminat istəyib. Məhkəmə ərizəsində Desnard " 4 il ərzində hər gün 20-40 dəqiqə işləyirdim və bu vaxtları “cəhənnəmə” bənzəyirdi. İşdə çox darıxırdım ,artıq heç nə üçün enerjim qalmamışdı. Boş yerə maaş aldığım üçün utanırdım.Özümü günahkar saydığım üçün depresiyaya düşdüm və işə çıxmadım " deyə qeyd edib. Məhkəmə "darıxmağın" xəstəliyə səbəb ola biləcəyi ilə razılaşıb və şirkətin Desnarda 46 000 $ təzminat ödəməsi barədə qərar qəbul edib.

12:11 - 17 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin