Bakıda ülgüclə boğazı kəsilmiş kişi meyiti tapıldı

 Bakıda ülgüclə boğazı kəsilmiş kişi meyiti tapıldı

Bakıda boğazı kəsilmiş kişi meyiti tapılıb.

Asayis.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, A.Mustafayev küçəsində qeydə alınıb.

Əvvəllər məhkum olunmuş 50 yaşlı Adil Məhəmməd oğlu Orucovun meyiti yaşadığı evdə aşkarlanıb.

Meyitə baxış zamanı onun ülgüclə boğazının kəsildiyi məlum olub. Hadisənin hansı şəraitdə baş verdiyi bəlli deyil.

Araşdırma aparılır.

12:20 - 26 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin