ADY bayramlarla əlaqədar əlavə qatar reysləri təyin edir

 ADY bayramlarla əlaqədar əlavə qatar reysləri təyin edir

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ölkədaxili marşrutlar üzrə əlavə qatar reysləri təyin edir.

Asayis.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Məlumata əsasən, 20-30 mart tarixlərində hər gün Bakı-Qəbələ-Bakı, 19-30 mart tarixlərində hər gün Bakı-Ağstafa-Bakı, 23 və 25 martda isə Bakı-Ağdam-Bakı marşrutu ilə səfərlər təşkil olunacaq.

Qeyd edilib ki, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarlarına biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Bayram günlərində Bakı–Qazax–Bakı, Bakı-Balakən-Bakı, Gəncə-Qəbələ-Gəncə marşrutları, eləcə də 21 və 28 mart tarixlərində Bakı-Ağdam-Bakı marşrutu ilə ənənəvi qrafik üzrə reyslər icra olunacaq.

14:42 - 25 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin