Lənkəranda torpaq sürüşməsi: asfalt qatı çökdü - Foto

 Lənkəranda torpaq sürüşməsi: asfalt qatı çökdü - Foto

Lənkəran rayonunda torpaq sürüşməsi baş verib, Hirkan–Daşdatük–Biləsər yolunda asfalt qatı çöküb.

Asayis.az xəbər verir ki, sürüşmə rayonun Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda baş verib.

Sürüşmə nəticəsində yolun asfalt qatı çöküb və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Qeyd edək ki, sözügedən yol rayonun 7 yaşayış məntəqəsini Lənkəran şəhəri ilə birləşdirir.

11:04 - 25 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin