Bu yolda ehtiyatlı olun: lyuk bu haldadır - Video

 Bu yolda ehtiyatlı olun: lyuk bu haldadır - Video

Paytaxtın Binəqədi Rayon Məhkəməsinin qarşısında kanalizasiya quyusunun qapağı yararsız vəziyyətə düşüb. Belə ki, qapağın yarısı yoxdur və quyu açıq vəziyyətdədir. Bu isə sürücülər, eyni zamanda piyadalar üçün təhlükə yaradır.

Binəqədi Rayon İcra Hakimiyyətindən Asayis.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə Binəqədi Sukanal İdarəsinə artıq məlumat verilib.

Qısa müddətdə tədbir görüləcəyini vurğulanıb.

11:26 - 26 Fevral 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin